15 May 2019 13:55
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar qədim Roma imperatoru Neronun sarayının bərpası zamanı tam təsadüfən gizli otaq aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science Alert” saytında dərc edilən mətbuat üçün açıqlamada bildirilib.

Divarları fərqli freskalarla bəzədilmiş otaq “Sfinks otağı” adını alıb. Bunun da səbəbi divarlardan birinə mifik varlığın şəklinin çəkilməsi olub.

Arxeoloqlar divarlarda, həmçinin rəqs edən kentavrların, suda yaşayan canlıların, quşların, pantera ilə savaşan əlində ox-yay tutmuş, qılınc və qalxanlı döyüşçünün freskalarını aşkarlayıblar.

Digər divarlarda da freskaların mövcudluğu istisna olunmur, amma yeraltı otağın divarlarının çirkli olması səbəbindən onları oxumaq mümkün deyil.

Hazırda otağın təmizlənməsi planlaşdırılmır.


Müəllif: Səxavət