“Suriya lideri Bəşər Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Mehmet Yuva deyib.
O qeyd edib ki, Əsəd Dəməşqdə mətbuata qapalı toplantı keçirib və Ərdoğanla görüşə hazır olduğunu bildirib:
“Suriya prezidenti tədbirdə deyib ki, Türkiyə ilə işbirliyinə hazırdır, Suriyanın suverenliyinə zərər verməyəcəksə, Ərdoğanla da görüşə bilər”.
Suriya prezidentinin rəsmi Feysbuk səhifəsində isə Mehmet Yuvanın iddiası təkzib edilib.