Sakariyada iki qrup arasında silahlı qarşıdurmadan sonra xəstəxanada 2 polis olmaqla 4 nəfərin güllələnməsi anının görüntüləri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, xəstəxanada polis əməkdaşları ilə atışan anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, mayın 20-də Sakarıyanın Qumbaşı məhəlləsində iki qrup arasında silahlı atışma olub. Nəticədə Bilal Erman, Murad Erman, Fəxri Harmancı və Bilal Uğur öldürülüb. Üstəlik 7 nəfər də yaralanıb.
Hadisədən sonra Sakariya xəstəxanasına aparılan yaralıların yaxınları arasında da qarşıdurma çıxıb. Bu zaman polis tərəfləri sakitəşdirib.
Az sonra xəstəxananın təcili tibbi şöbəsinə gələn bir nəfər polis atəş açıb. Atışma zamanı isə 4 nəfər yaralanıb.