8 Sentyabr 2014 11:18
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Donetsk Xalq Respublikası saxlanılan ukraynalı əsirlərlə bağlı məlumat yayıb.

Teleqraf.com rus mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Moskvada mətbuat konfransı keçirən qondarma respublikasının təhlükəsizlik idarəsinin sədri Leonid Baranov yayıb.

Onun sözlərinə görə, hərbçilərin azad olunması Ukrayna hakimiyyətindən asılıdır: “Ukrayna hökuməti saxladıqları rus əsirlərin siyahısını təqdim etdiyi gün biz əsirləri azad edəcəyik. Əsirlərin təhvil-təslimində Ukraynanın bizə fırıldaq gələcəyindən narahatıq”.

Onun ehtimalına görə, Kiyev əsirlərin bir hissəsini özündə saxlamaq fikrindədir.

Samir


Müəllif: