Meksikanın ekologiya və təbii sərvətlər naziri Jozefa Qonzalez-Blanko işgüzar səfərə çıxacağı təyyarəni yarım saatdan çox gözlətməsinə görə etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, nazir bundan sonra sosial şəbəkədə canlı yayıma çıxaraq hər kəsdən üzr istəyib və istefa verdiyini açıqlayıb.
“Bu yanlışı ört-basdır etməyin heç bir bəhanəsi yoxdur. Heç kəsə ayrı-seçkilik olmamalıdır”, - deyə Blanko qeyd edib.
Jozefa Qonzalez-Blanko Meksikada bir həftə ərzində istefa verən ikinci nazirdir. Bir neçə gün əvvəl ölkənin sosial təhlükəsizlik komitəsinin başçısı German Martinez səhiyyə sistemindəki büdcə kəsirlərinə görə istefa vermişdi.