30 May 2019 01:35
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökuməti İŞİD döyüşçüləri olmuş şəxslərin 188 övladını Türkiyəyə təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurası məlumat yayıb.

“Terrorçuluq və bu sahə üzrə ixtisaslaşan Mərkəzi Təhqiqat Məhkəməsi Türkiyə tərəfinə İraqda qalmış 188 İŞİD döyüşçüsünün övladını təhvil verib”, – deyə şuranın rəsmi nümayəndəsi Əbdülsəttar Byarkadar deyib.

O qeyd edib ki, uşaqlar təyyarə ilə Türkiyəyə göndəriliblər. Təhvil verilmə prosesi İraq Xarici İşlər Nazirliyi, Bağdaddakı Türkiyə səfirliyi və UNİCEF də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə gerçəkləşib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər