Macarıstanda 35 nəfərin olduğu gəzinti gəmisi batıb.
Teleqraf.com xəbər verir ki, Tuna çayında baş verən qəza nəticəsində 7 nəfər ölüb.
Ölü sayının artacağı ehtimal olunur.
Məlumata görə, gəmi paytaxt Budapeşt Macarıstanda parlamentinin yaxınlarında bir başqa gəmiyə dəydikdən sonra batıb. Gəmidə Cənubi Koreyadan turistlər də olub.
Hazırda 7 cəsəd tapılıb, 19 nəfər isə axtarılır.