30 May 2019 22:23
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın beşinci Prezidenti Petro Poroşenko yaratdığı yeni Avropa Həmrəyliyi Partiyasının üzvlük biletini alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Poroşenko mətbuata açıqlamasında bildirib.

“Bu gün yeni partiyaya üzv oldum. Məqsədimiz Ukraynanın Avropa İttifaqı, NATO-ya doğru siyasətini dəstəkləməkdir”, - deyə Poroşenko əlavə edib.

Qeyd edək ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa Həmrəyliyi Partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib. Mayın 31-də yeni partiyanın ilk qurultayı keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər