31 May 2019 16:16
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla Vyetnamdakı zirvə görüşündə nəticə əldə edə bilmədiyindən beş rəsmi şəxsi edam etdiyinə dair sensasion iddialar yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blomberq Nyus” məlumat yayıb.

Şimali Koreyanın ABŞ-dakı xüsusi nümayəndəsi Kim Hyok Çol və Xarici İşlər Nazirliyinin dörd rəsmisinin fevralda Vyetnamın paytaxtı Hanoy şəhərində Trampla keçirilən görüş uğursuzluqla nəticələndiyinə görə paytaxt Pxenyanın Mirim hava limanında edam edildiyi bildirilir.

İddialara görə, Kim Hyok Çol və 4 XİN əməkdaşı ABŞ-a casusluq etməkdə ittiham edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər