2 İyun 2019 09:13
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada “sarı jiletlilər” etiraz aksiyasının 29-cu aktı olub.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi 29-cu akta 9500 nümayişçinin qatıldığını açıqlayıb.

“Sarı jiletlilər” hərəkatının əsas fiqurlarından olan Erik Drue nümayişçilərin sayının azaldığını görərək, etirazçıları yenidən səfərbər olmağa çağırıb.

Ölkə üzrə “sarı jiletlilər” aksiyasında mayın 18-də 23622, mayın 25-də isə 12500 nümayişçi iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər