İstanbul bələdiyyə sədrliyi uğrunda ikinci dəfə mübarizə aparacaq “Millət İttifaqının” namizədi Binəli Yıldırım və “Cümhuriyyət İttifaqının” namizədi Əkrəm İmamoğlu arasında televiziya debatı keçiriləcək.
Teleqraf.com bildirir ki, bu barədə Binəli Yıldırım NTV kanalında çıxışı zamanı deyib.
Binəli Yıldırım bəyan edib ki, rəqibi Əkrəm İmamoğlunun çanlı yayımda qarşılaşmaq təklifini qəbul edib.