Sinqapurda 13 yaşlı uşağa görə iki qırıcı təyyarə havaya qalxıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb 13 yaşlı uşağın sərnişin təyyarəsində bomba olması haqda zarafatı olub
Sinqapur hərbi aviasiyası 13 yaşlı uşağın zarafatına görə, ölkəyə gələn sərnişin təyyarəsini müşahidə altına almaq məqsədilə 2 qırıcısını havaya qaldırıb.
Təyyarə Sinqapura Filippindən gəlirmiş. Scoot Hava Yollarına məxsus təyyarədə 144 sərnişin olub. Təyyarəyə bomba quraşdırılması haqda xəbəri isə 13 yaşlı uşaq verib. Araşdırma zamanı uşaq polislə əməkdaşlıq edib.
Sinqapurun müdafiə naziri Enq Hen bildirib ki, onlar bütün təhdidləri ciddiyə alırlar.
Nazir ayrıca Feysbuk şəbəkəsində açıqlama yayıb: “Ölkəyə gələn Scoot sərnişin təyyarəsində bomba olması xəbərindən sonra iki qırıcını havaya qaldırdıq, amma xəbər yalan çıxdı. Buna baxmayaraq Sinqapur Hava Qüvvələri hər zaman tətikdə olacaq”.