8 İyun 2019 17:30
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada və Moskva vilayətində iyunun 8-9-u isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, hava şəraiti ilə bağlı təhlükənin “narıncı” səviyyədə olduğu bildirilib. Rusiya Hidrometerologiya Mərkəzinin saytında bildirilib:

“Təhlükəli hadisənin intensivlik dərəcəsi “narıncı”dır. Bu, təhlükəli hava deməkdir. İtki ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalı mövcuddur”.

Xəbərdarlıq anomal isti hava şəraiti və yüksək yanğın təhlükəsi səbəbindən edilib.

Daha əvvəl “Qazeta.ru” iyunun 8-də Moskvada havanın temperaturunun +33°C olacağını xəbər vermişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər