Yəməndə hamiləlik və gözlənilən doğum müddətində hər iki saatda 1 ana və 6 uşaq həyatını itirir.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) hesabatında bildirilib.
Hesabata görə, ölümlərə səbəb ölkədə keyfiyyətli səhiyyə xidmətlərinin olmamasıdır.
UNICEF müharibə və digər səbəblərdən Yəmənin səhiyyə sisteminin tamamilə çökdüyünü açıqlayıb.
Hesabatda qeyd edilib ki, Yəməndə 4 ildən çoxdur davam edən müharibə doğuş vaxtı qadın və uşaqların səhhətinə mənfi təsir göstərir.