16 İyun 2019 13:58
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın S-400 zenit-raket komplekslərinin təhvil verməsi prosesi iyulun ilk yarısında başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim Rusiya Prezidenti Vladimir Putinlə S-400 mövzusunu müzakirə etmək imkanımız oldu. Ancaq mövzu artıq bağlanmış vəziyyətdədir, təxirə salınmadan, neqativ bir şeydən söhbət gedə bilməz", - deyə Ərdoğan bildirib.

O, Rusiya prezidenti barədə jurnalistlərə maraqlı açıqlama da verib: "Putinin bir xüsusiyyəti var, hər hansı problem olarsa, vəzifəli dostuma "həmkarına zəng elə" deyəndə heç 24 saat çəkmiş, mütləq geri zəng olur. Sonra biz lazımi müzakirələr aparırıq və məsələni də həll edirik.


Müəllif: Teleqraf.com