17 İyun 2019 17:38
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi İstanbul Böyüşşəhər Bələdiyyəsinə namizədlər Əkrəm İmamoğlu (Millət İttifaq) və Binəli Yıldırım (Cümhur İttifaqı) canlı yayımda debata çıxaraq, aparıcı İsmayıl Küçükkayanın suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, İsmayıl Küçükkayanın moderatorluğu sosial mediada geniş müzakirələrə səbəb olub.

Türkiyə siyasi tarixində 17 il sonra baş tutan canlı yayımda aparıcının moderatorluğu ilə bağlı namizədlərdən rəy alması birmənalı qarşılanmayıb.

Yavuzxan Baş adlı istifadəçi sualların və formatın bərbad olduğunu yazıb: "Sadəcə qəlyanaltı verilişi apar, İsmayıl bəy".

Məşhur jurnalist Uğur Dündar da namizədlər üçün hər suala verilən 3 dəqiqənin az olduğunu bildirib.


Müəllif: Nərgiz