Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçının sosial mediadakı paylaşımı diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdən az istifadə edən Salah Qaşıqçının Atalar Günü ilə bağlı paylaşımına qısa zamanda çoxlu sayda rəy yazılıb.
O, özünün Tvitter mikrobloqunda ingiliscə “Atalar günün mübarək olsun” deyə tvit yazıb. İstifadəçilər Camal Qaşıqçıya rəhmət diləyərək Səudiyyə hökumətini tənqid edib.