19 İyun 2019 10:30
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin devrilmiş sabiq prezidenti Məhəmməd Mursinin doğulduğu kənddə yas mərasimi keçirilməsinə icazə verilməyib.

Teleqraf.com xəbər verir ki, bu haqda mərhum prezidentin oğlu Abdullah Məhəmməd Mursi “Röyter” agentliyinə açıqlamasında bildirib.

Oğul Mursi bildirib ki, atasının ailə məzarlığında dəfn edilməsinə də Misir hökuməti razı olmayıb.

Həmçinin rəsmilər Mursinin doğulduğu Adva kəndində yas mərasimi təşkilinə icazə verməyiblər.

Abdullah Məhəmməd Mursi bildirib ki, atası Qahirədəki Müsəlman Qardaşları məzarlığında dəfn edilib.

Dəfndə Mursinin həyat yoldaşı, övladları və iki qardaşı iştirak edib. Mursinin həbsxanada olan ortancıl oğlu Usama Mursi də dəfn prosesinə qatılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər