“Gürcüstanda baş verən aksiyalar keçmiş prezident Mixail Saakaşvilinin qayıdış planının tərkib hissəsidir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Abzalov deyib.
Abzalov paytaxt Tiflisdə hakimiyyət və Rusiya əleyhinə baş qaldırmış etirazların arxasında Saakaşvilinin dayandığını istisna etməyib:
“Mixail Saakaşvili hüquq mühafizə orqanlarına müraciət edərək müxalifətin aksiyalarına mane olmamağa çağırdı. Hesab edirəm ki, bu, onun Gürcüstana qayıtmaq üçün qurduğu planın bir hissəsidir.
Saakaşvili Ukraynaya qayıdıb, indi də “Maydan”ı Gürcüstanda təkrarlamaq istəyir. Parlamentdə baş verənlər etirazları körüklədi, indi küçələrdə on minlərlə insan etiraz edir. Bu, Saakaşvilinin sonuncu prezident seçkisindəki məğlubiyyətdən sonra intiqam cəhdidir”.
Qeyd edək ki, Tiflisdə Rusiya və Gürcüstan hakimiyyəti əleyhinə kütləvi nümayişlər başlayıb.