Sabah İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə keçiriləcək. Artıq təbliğat və təşviqat işləri dayandırılıb.
Teleqraf.com xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasında olacaq.
Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayacaq və 17.00-dək davam edəcək (Bakı vaxtı ilə saat 09.00-18.00).
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.