23 İyun 2019 09:59
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Gürcüstanla bağlı daha sərt tədbirlər qəbul edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Avropa” İnformasiya və Toplumsal Əməkdaşlıq Platformasının sədri Eduard Popov deyib.

O bildirib ki, rus turistlərin üçdə ikisi hazırda Gürcüstana fərdi şəkildə gedirsə, böyük ehtimalla yaxın zamanda bununla da bağlı məhdudiyyətlər yaranacaq:

“Düşünürəm ki, Rusiya daha sərt tədbirlərə gedərək öz bazarlarını Gürcüstanın şərab, meyvə və digər bu kimi kənd təsərrüfatı məhsullarına bağlayacaq”, - deyə Popov bildirib.

Qeyd edək ki, Tiflisdə baş verən qarşıdurmalardan dolayı Putin Rusiyadan Gürcüstana sərnişin təyyarələrinin uçuşunun 8 iyuldan etibarən qadağan edilməsi haqda qərar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər