ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Mars planetinin atmosferində metan qazının tapıldığını təsdiq edib.
Teleqeraf.com xəbər verir ki, NASA-nın planetə göndərdiyi kosmik aparat Marsın atmosferində yüksək həcmdə metan qazının olduğunu təsbit edib.
Məlumatda əldə edilən nəticələr barədə dünya ictimaiyyətinə yaxın saatlarda geniş açıqlamanın veriləcəyi vurğulanıb.
Qeyd edilib ki, son araşdırmalar bu planetdə mikro orqanizmlərin yaşadığı ehtimalını gücləndirir.