24 İyun 2019 16:30
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hansı sanksiya qərarı olur-olsun, biz S-400 komplekslərini almışıq. Artıq bu sistemlərin nə vaxt təhvil veriləcəyi ətrafında müzakirə aparırıq. Türkiyə ABŞ-ın "al" dediyi vaxt alası, "alma" deyəndə almayası ölkə deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin S-400 zenit-raket komplekslərindən imtina etməsi mümkün deyil.

Nazir vurğulayıb ki, Türkiyə F-35 proqramının ortağıdır və bu günə qədər 1 milyard dollardan çox fayda verib: “ABŞ-ın atdığı addımlar ortaqlıq razılaşmasına uyğun deyil. Digər ortaq ölkələr də bu situasiyadan narahatdır.

Kaş ki, bu sistemləri ABŞ-dan, digər müttəfiqlərimizdən ala bilsəydik, amma edə biləcəyimiz bir şey yoxdur. Trampla bu məsələni müzakirə edəndə o, vəziyyəti çox gözəl başa düşür, amma söhbət ABŞ-dan gedəndə vəziyyət dəyişir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər