Gürcüstanın hazırkı hökuməti Rusiya ilə oyuna başladığı üçün əhalinin ona qarşı nümayiş etdirdiyi reaksiyaya tam layiqdir.
Bunu Gürcüstanın məşhur aktyoru Vaxtanq Kikabidze deyib. O, tarixdə hələ indiyə qədər Rusiya deputatının spikerin yerində oturdulması faktının olmadığını, buna görə də müxalifəti və etirazçıları dəstəklədiyini bildirib:
“Bizdə baş verənləri analiz etmək çətindir. Hakimiyyət layiq olduğunu əldə etdi. Mən müxalifətin tərəfindəyəm.
Rusiya deputatının Gürcüstan parlamentinə çağırılması, əvvəlcədən planlaşdırılmış ola bilər. Onun nəticələrini hər kəs başa düşürdü. Onu ki, oraya xalq oturtmayıb. Bəlkə də bu, gərginliyin başlanması, daha sonra küçəyə orduların yeridilməsi üçün başladılıb”.