Venesuelada 23-24 iyun tarixlərində yeni bir hərbi çevriliş planının qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Cakartada mətbuat konfransı keçirən prezidentin müşaviri Jorge Rodriquez deyb.
Dövlət rəsmisi çevrilişlə bağlı əllərində olan görüntüləri və səs yazılarını da təqdim edib.
Prezidentin müşaviri əlavə edib ki, Venesuelanın təqaüddə olan hərbçiləri, habelə israilli və kolumbiyalılardan ibarət olan 3 qrupun iyunun 23-24-də həyata keçirmək istədiyi çevriliş cəhdinin qarşısı hüquq-mühafizə orqanlarının səyi nəticəsində alınıb.
Müşavir vurğulayıb ki, xainlər çevrilişdən sonra həbsdə olan general Raul Badueli dövlət başçısı elan etmək niyyətində imiş.