27 İyun 2019 13:58
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi Vaşinqtonun Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəyə sanksiya tətbiq edəcəyinə inanmıram”.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan amerikalı həmkarı Donald Trampla məsələyə dair sonuncu müzakirəsini xatırladıb:

“ABŞ Prezidenti Trampla görüşlərimdə “S-400”lərə görə sanksiyaların tətbiq olunacağı haqda heç nə demədi. Bunu yalnız ABŞ hökumətinin aşağı qanadında təmsil olunan şəxslər dilə gətirir”.

Ərdoğan Trampla görüşündə bu məsələni müzakirə edəcəyini bildirib.

Türkiyə prezidenti “G-20” sammitində iştirak etmək üçün Yaponiyaya gedib. O, sammit çərçivəsində Amerika başçısı ilə görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər