28 İyun 2019 09:46
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan G-20 zirvə görüşündə ABŞ, Rusiya və Fransa liderləri söhbət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezident Ərdoğanın əlaqələr üzrə müşaviri Fahrettin Altun sosial şəbəkələrdə fotolar paylaşıb.

Fotoların birində Ərdoğan ABŞ Prezidenti Donald Tramp və İndoneziya lideri Joko Vidodo ilə yan-yana durub söhbət etdiyi görünür.

Bundan başqa, Ərdoğan iş yeməyindən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib. Söhbətləşmədə xarici işlər naziri Mövlud Çavuşoğlu və maliyyə naziri Berat Albayrak da iştirak edib.

Yayılan başqa bir fotoda isə Ərdoğanın Fransa Prezidenti Emanuel Makronla söhbət etdiyi görünür.


Müəllif: Cavad

Oxşar xəbərlər