UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyası günortadan sonra öz işini növbəti plenar iclasla davam etdirib.
Teleqraf.com xəbər verir ki, iclasda üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə dair hesabat ətrafında müzakirələr aparılıb.
İlk müzakirələrdə Tanzaniyada Su Elektrik Stansiyasının (SES) tikilməsi ilə əlaqədar ekoloji mühit üçün yaranacaq ciddi problemlərdən söz açılıb. Bildirilib ki, SES-in tikildiyi ərazidə 491 min hektar ərazidə ekoloji vəziyyət pisləşəcək.
Mövzu ətrafında İspaniya, Braziliya, Qvatemala, Kuba, Uqanda, Avstraliya, Qırğızıstan, Zimbabve və Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İCUN) nümayəndələri çıxış edərək öz fikirlərini bildirib.
Tanzaniya nümayəndə heyəti öz növbəsində çıxış edərək elektrik enerjisi hasilatının ölkənin strateji məsələsi olduğunun da nəzərə alınmasını bildirdi. Çıxışlardan sonra bu məsələ ilə bağlı qəbul ediləcək qərar bənd-bənd müzakirə edilib.
İclasın sədri Əbülfəs Qarayev nümayəndə heyətlərinə bildirib ki, bəndlərə əlavələr qərar qəbul edilənədək söylənilsin ki, sonradan həmin sənədə qayıdılmasın.
Turkana Milli Parkındakı gölə (Keniya) dair qərar xüsusi müzakirə obyektinə çevrilməyib.
Sonrakı müzakirə isə Liviyadakı antik Qadames şəhəri ilə bağlı aparılıb. Çünki Liviya nümayəndəsi ölkəsi tərəfindən dağılmaq təhlükəsi ilə üzləşmiş Qadamesdə xeyli konservasiya işləri görüldüyü üçün bu şəhərin təhlükə ilə üzləşən abidələr siyahısından çıxarılmasını təklif etmişdi. Tunis nümayəndəsi də bu ölkədə siyasi qarşıdurmadan sonra Qadames şəhərində vəziyyətin xeyli yaxşılaşdığını təsdiqləyib. O qeyd edib ki, Liviyanın bütün regionlarında vəziyyət sabitləşir:
“Artıq Qademesdə müəyyən qədər konversasiyaya nail olunub. Qadames şəhərinə giriş-çıxış tam təmin edilib. Bu gün Liviya çox fəal fəaliyyət göstərir ki, aydın strategiya olsun. Burada təhlükəsizlik və digər məsələlər əsas götürülməldir. Bununıla bağlı bizim tərəfimizdən araşdırılmalar aparılıb. Sizi əmin edə bilərəm. Xüsusilə bu yay orada xeyli iş aparılıb. Biz Dünya İrs Koimitəsinə bu sahədə Liviyaya göstərdiyi səylərinə görə təşəkkür edirik”.
Küveyt təmsilçisi bildirdi ki, Liviya hökuməti UNESKO ekspertlərinin Qadamesə səfərini təmin etsin.
Macarıstan nümayəndəsi çıxış edərək Liviyanın səylərini dəstəklədiyini bildirdi. Küveytin təklifinə qoşulan Macarıstan nümayəndəsi həmin missiyanın mümünü qədər tez bir zamanda öz işinə başlamasının vacibliyini bildirib.
Müzakirələrdən sonra Qademes şəhəri Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılıb.
Daha sonra Çilidə yerləşən Humberstoun və Santa Laura tarixi duz istehsalı mədənlərinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılmasına müzakirə olunub.
Çili nümayəndəsi çıxış edərək sözügedən abidənin 14 ildir siyahıda olduğunu bildirib. O qeyd edib ki, iki tarixi mədən kompleksi 2005-ci ildə baş verən zəlzələ nəticəsində bu vəziyyətə düşüb. Ötən müddət ərzində Santyaqo bu istiqamətdə kifayət qədər işlər görüb və abidə sözügedən siyahıdan çıxarıla bilər.
Onun təklifini İspaniya və Macarıstan nümayəndələri dəstəkləyib. Kompleksdə konservasiya və bərpa işləri ilə bağlı görülmüş tədbirlər müzakirə edilərkən qeyd eedildi ki, burada vəziyyət çox yaxşıdır. 2005-ci ildən bəri görülən işlər öz nəticəsini verib.
Çıxış edənlər Çilini bu uğur münasibətilə təbrik edib. Bu abidənin də Dünya İrs Mərkəzinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılmasında dair qərar qəbul yekdilliklə qəbul olunub.
Sessiya sabah öz işini davam etdirəcək.