Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin saytında bildirilir. Yayılan məlumatda deyilir ki, Ali Rada sanksiya haqqında qanun layihəsini birinci oxunuşda avqustun 12-də qəbul edib. Sanksiyaların tətbiqinin hüquqi sənədlərə əsaslanır.
Qanunda 20-dən çox məhdudlaşdırıcı tədbirlərin, xüsusilə, enerji resurslarının nəqlinin dayandırılması nəzərdə tutulur.
Sanksiyaların yaxın vaxtlarda Rusiya hökumətinə və ruspərəst qüvvələrə təqdim olunacağı bildirilir.
Samir