Hündürmərtəbəli binanın eyvanında cinsi əlaqəyə girən cütlük müvazinətini itirərək 9-cu mərtəbədən yıxılıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Sankt Peterburq şəhərində baş verən hadisədən sonra binanın həyətində yarıçılpaq qadının cansız bədəni aşkar edilib. Hadisə şahidlərinin sözlərinə görə, yüngül xəsarət alan kişi isə hadisə yerindən uzaqlaşıb.
Mənzilə baxış keçirən polis hadisə vaxtı evdə 4 kişi və 1 qadının olduğunu aşkar edib. Qonşular həmin mənzildəkilərin spirtli içki qəbul etdiyini və güclü səs-küy olduğunu deyiblər.