Sürətli dəyişikliklər və baş verən proseslərə uyğun hərəkət edən təşkilatımız mövcud beynəlxalq əlaqələr sisteminin işi və ehtiyaclarına əsasən fəaliyyətlərini qurmaq, təhdidlər qarşısında öhdəliyini artırmaq, sürətlə hərəkət etmək və doğru informasiyaları əlaqəli qurumlara çatdırmağı hədəfləyib.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Türkiyə Milli İstihbarat Təşkilatının 2018-ci il üçün fəaliyyət proqramı ilə bağlı hesabatında qeyd olunub.
Hesabatda Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidanın dilindən “klassik kəşfiyyat fəaliyyətinin və eyni zamanda kəşfiyyat diplomatiya fəaliyyətinin həssaslıqla aparıldığı” ifadə olunur.
Türkiyənin baş kəşfiyyatçısı daxildən və xaricdən gələn təhdidlərlə mübarizə, milli maraqlar doğrultusunda Türkiyənin region və dünyada təsirinin artırmaq məqsədilə klassik kəşfiyyat fəaliyyəti ilə yanaşı diplomatik kəşfiyyat fəaliyyətinin MİT tərəfindən həssaslıqla aparıldığını vurğulayıb.
Hesabatda məsuliyyətin artırılması və yeni vəzifələrin həyata keçirilməsində peşəkar personala, müasir avadanlıqlara ehtiyac olduğunu vurğulayan Hakan Fidan aşağıdakıları qeyd edib: “MİT-in fəaliyyəti 2018-ci ildə bu səylərə inteqrasiya edilib, əhatəli bir yanaşma həyata keçirilib”.