Bu gündən etibarən Rusiya və Gürcüstan arasında təyyarə uçuşları dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix açıqlama verib.
Nazir iki ölkə arasında sonuncu təyyarə reysinin iyunun 7-də həyata keçirildiyini bildirib.
Ditrix qeyd edib ki, uçuşların dayandırılmasına görə Rusiya hava yolları şirkətlərinə 3 milyard rubl zərər dəyib. O, səfərləri ləğv edilmiş sərnişinlərə kompensasiyaların ödəniləcəyini deyib.
Reyslər qeyri-müəyyən vaxtadək dayandırılıb.
Əlavə edək ki, Rusiya hökuməti Gürcüstanda Moskva əleyhinə etiraz aksiyalarının başlamasından sonra bu ölkə ilə təyyarə reyslərinin dayandırılması haqda qərar qəbul etmişdi.