13 İyul 2019 21:14
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçən ilin sentyabrın 1-dən Gürcüstan hökuməti Rusiyadan Ermənistana idxal olunan taxıl məhsullarının ölkə üzərindən daşınmasına qadağa qoydu. Ermənistan hökuməti uzun danışıqlardan sonra bu qərarı ləğv etməyə nail olsa da, Gürcüstan hökuməti yeni qadağa tətbiq etməyə hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Gürcüstan hökuməti bu ilin oktyabrın 1-dən Rusiyadan Gürcüstan üzərindən Ermənistana idxal olunan məhsulların daşınmasını qadağan edə bilər:

“Bu halda un, çörək və ətin kəskin bahalaşması müşahidə oluna bilər. Donuz və quş əti, habelə heyvan yemlərinin böyük əksəriyyəti də Rusiyadan idxal olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər