Birləşmiş Ərəb Əmirliklərinin Nüvə Enerjisi Federal Agentliyi ölkənin ilk 15 vətəndaşına müvafiq hazırlıqdan sonra nüvə reaktorları operatorlarının lisenziyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, əmirliyin lisenziya alan on beş vətəndaşı Barakada inşa edilən Atom Elektrik Stansiyasının (AES) operatoru Navah Energy tərəfindən təşkil edilmiş üç illik hazırlıq proqramını keçən mütəxəssislərdir.
Qeyd olunur ki, BƏƏ-də inşa edilən AES ölkədə və bütün ərəb dünyasında ilk atom elektrik stansiyası olacaq. Hazırda AES-ın birinci enerji blokunun tikintisi başa çatıb və onun işə salınması üçün hazırlıq işləri gedir. Barakadakı AES-nın ümumi gücü 5,6 meqavat olan dörd enerji blokundan ibarət olacaq. Hazırda stansiyanın tikintisinin 90 faizdən çoxu başa çatıb və onun işə salınması 2020-i ildə nəzərdə tutulub.