İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmət Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.