15 İyul 2019 13:23
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan Türkiyınin iqtisadi və demoqrafik genişlənməsi səbəbindən Qara dəniz sahilıindəki Acarıstan bölgəsini itirdi. Bu, Gürcüstanın ən ciddi problemlərindən biridir, lakin media buna ciddi yanaşmır”.

Teleqraf.com xəbər verir ki, bunu Eduard Şevardnadze dönəminin Gürcüstan parlamentinin aparat rəhbəri, deputat Hamlet Çipaşvili deyib.

Gürcü siyasətçi Türkiyənin Acarıstan bölgəsini həm iqtisadi, həm də dini baxımdan Gürcüstandan qopardığını iddia edib:

“Acarıstanda türk hökuməti tərəfindən maliyyələşdirilən dini təşkilatlar fəaliyyət göstərir. Bu siyasətin əsas məqsədi yerli sakinləri müsəlmanlaşdırmaqdır. Bu təşkilatlar türk mədrəslərində oxumaq üçün Acarıstandan Türkiyəyə yüzlərlə qız və oğlan uşaqları aparır. Sonra həmin insanlar geri qayıdıb İslam dinini yaymaqla məşğul olurlar. Əslində bu, Osmanlı imperiyasını yenidən qurmaq strategiyasının bir hissəsidir. Bu ideologiyanın banisi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır”.

Hamlet Çipaşvili iddia edir ki, Türkiyə hökuməti acar bölgəsindəki məscidlərin sayını artırmaq üçün yeni layihə üzərində işləyir:

“Habelə Batumi və ətrafdakı bölgələrdə fəaliyyət göstərən 200-dən çox türk QHT var və bu təşkilatlar bu bölgədə də dini qurumların qurulmasını maliyyələşdirirlər. Təsadüfi deyil ki, 60 mindən çox Türkiyə vətəndaşı Gürcüstan vətəndaşlığını alıb. İndi Acarıstanda insanlar öz doğma dillərində danışmaqdan qorxurlar, çünki türklərin bundan xoşu gəlmir. Əslində Acarıstan türklərin və müsəlmanların artdığı yeganə məkan deyil, bu genişlənmə paytaxt Tiflisdə daha geniş və sürətlidir. Prinsipial olaraq deyə bilərik ki, Türkiyə “Gürcüstanı işğal edib, buna görə Gürcüstan rəsmiləri məsuliyyət daşıyır”.

Siyasətçinin sözlərinə görə, Acarıstandakı hüquq-mühafizə orqanlarından türk hökumətinə böyük dəstək var: “Yerli sakinlər polisin qorxusundan səsini çıxara bilmir. Amerikayönümlü gürcü siyasətçilər əsas diqqəti Rusiyaya ayırıb, amma ölkə daxilində baş verənləri görmürlər”.

Çipaşvili baş verənlərə görə eyni zamanda, sabiq prezident Mixail Saakaşvili və anası Giuli Alasaniyanı günahlandırıb:

“Saakaşvilinin anası Giuli Alasaniya müxtəlif universitetlərdə rektor və rektor köməkçisi olaraq çalışır. O, həmişə “Türklər bizim qardaşımızdır, Gürcüstan tarixində yazıldığı qədər qorxunc deyillər” deyir. Saakaşvili də dəfələrlə türkləri “qardaş xalq” adlandırıb və Gürcüstan üçün ən təhlükəli xalqın ruslar və Rusiya olduğunu bildirib. Çünki ana və oğulun Türkiyədə iqtisadi maraqları var. Buna görə də, Saakaşvili 2013-cü ildə prezident postunan ayrılmamışdan əvvəl minlərlə türkə Gürcüstan vətəndaşlığı verdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər