11 Sentyabr 2014 01:58
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko sentyabrın 18-də ABŞ Konqresində çıxışı edəcək.

ANS PRESS-in məlumatına görə, Poroşenkonu ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Con Beyner dəvət edib.

“Ukrayna prezidenti Poroşenkonun Konqresdə çıxışı bizim Ukrayna xalqına davamlı dəstəyimizin daha bir sübutudur. Biz onun xalqının ümidlərini dəstəkləyirik”, deyə Beyner bildirib.

Spiker həmçinin qeyd edib ki, Poroşenko Konqresdə çıxış edəcək ikinci Ukrayna prezidenti olacaq.

Qeyd edək ki, Viktor Yuşşenko Ukrayna dövlət başçısı kimi 2005-ci ildə ABŞ parlamentinin aşağı palatasında çıxış edib.


Müəllif:

Oxşar xəbərlər