19 İyul 2019 14:02
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dünən Hörümüz boğazında ona məxsus olan dronun ABŞ hərbçiləri tərəfindən vurulması haqqında Prezident Donald Trampın bəyanatını təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu haqda danışan İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib ki, ABŞ özünə məxsus dronu vurmuş ola bilər.

“Hörümüz boğazında və ya başqa bir yerdə bizə aid pilotsuz uçuş aparatı vurulmayıb. ABŞ hərbçilərinin boğazda səhvən özlərinə aid dronu vura biləcəyindən narahatam”,-nazir müavini Tvitter hesabında qeyd edib.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Hörümüz boğazında İrana aid dronun ABŞ hərbçiləri tərəfindən vurulduğunu açıqlamışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər