Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko yenidən mandat qazana bilməyib.
Teleqraf.com xəbər verir ki, o, Donetsk vilayətindəki 51 saylı birmandatlı seçki dairəsində öz gücünü sınayıb. Nəticələr N.Savçenko üçün acınacaqlı olub. Belə ki, o, cəmi 8 səs alıb.
Qeyd edək ki, bir müddət öncə Kiyevin mərkəzində terror aktı hazırlamaqda ittiham olunan N.Savçenko Donbas ərazisinə gedib orada seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq niyyətində olduğunu bildirmişdi.
Məlumata görə, Savçenko seçkinin nəticələrindən şikayət etməyi planlaşdırmır. O da bildirilir ki, sözügedən dairədə namizədliyi özü tərəfindən irəli sürülmüş Aleksand Kovalyov qalib gəlib.
Ukrayna Ali Radasına növbədənkənar seçkilər iyulun 21-də keçirilib.