“Ali Babacanın yeni partiyasının qurucuları arasında sabiq prezident Abdullah Gül, sabiq nazirlər Bəşir Atalay, Sadullah Erkin, Nihar Ergün və Haşim Kılıç da var”.
Teleqraf.com xəbər verir ki, bu sözləri türk politoloq Ali Bayramoğlu deyib.
O, yeni siyasi partiya ideyasının müəllifi və qurucusunun Ali Babacan və Abdullah Gül olduğunu bildirib:
“Bunun bir proyekt partiyası olması ehtimalı güclüdür. Bu, bir az da Turqut Özalı xatırladır. Bu baxımdan yeni siyasi partiyanın iqtisadiyyat, miqrantlar, kürd, siyasi sistem kimi məsələlərin konkret həllinə vəd verən, eyni zamanda ictimai kökü olan bir siyasi partiya olacağı dəqiqdir.
Bu ideyanın ən önəmli xüsusiyyəti Ali Babacanla bağlıdır, amma bunun bir liderə bağlı partiya olmayacağı dəqiqdir. Onun əsl lideri Abdullah Güldür. Yəni, sabiq dövlət rəsmilərini yenidən siyasət meydanına qaytaran Abdullah Güldür”.