51 il əvvəl Fransanın cənub sahillərində yoxa çıxan gəmi tapılıb.
Teleqraf.com xəbər verir ki, Minerva adlı gəmi Toulon limanı yaxınlığında yoxa çıxıbmış.
1968-ci ildə itən sualtı qayığı tapmaq üçün indiyə qədər dəfələrlə cəhdlər edilib.
Fransa müdafiə naziri Florons Perli bəyan edib ki, gəminin tapılması bir uğurdur: “Ürəyim uzun müddətdir ki, bu anı gözləyən ailələrlə birlikdədir. Biz Minervanı tapdıq. Bu bir uğur, bir rahatlıq və texniki uğurdur”.
Müdafiə naziri əlavə edib ki, gəmidə həyatını itirənlərin yaxınlarının tələbindən sonra axtarış işlərinə başlanılmışdı.