24 İyul 2019 12:18
1 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Strateji Raket Qüvvələri iyulun 25-dən 30-dək Həştərxan vilayətindəki Kapustin poliqonundan Qazaxıstanın Sarı-Şağan poliqonu istiqamətində qitələrarası ballistik raketlərinin (ICBM) sınaqlarını keçirəcək.

Teleqraf.com xəbər verir ki, 24-27 iyul tarixlərində Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan raket qüvvələri Kamçatkadakı Kur sınaq poliqonundakı “Yars” / “Sarmat” sistemlərinin iştirakı ilə qitələrarası ballistik raketlə atəş sınaqlarını reallaşdıracaq.

Hazırda “Yars”, “Topol”, “Bulava” və “Sarmat” raket sistemləri Rusiyanın strateji nüvə qüvvələrinin əsasını təşkil edir.

RT-2PM “Topol” raket kompleksi mobil yerüstü raket sistemidir. Kompleksin dünyada analoqu yoxdur, hər növ strateji hədəfləri məhv etmək gücündədir, istənilən coğrafi və hava şəraitində istifadə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər