24 İyul 2019 15:17
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ona məxsus qırıcıların dünən Cənubi Koreya hava sahəsini pozduğuna görə rəsmi Seula üzrxahlıq edib.

Teleqraf.com xəbər verir ki, Rusiya Seuldakı hərbi attaşesi vasitəsilə hava sahəsinin pozulmasının bilərəkdən baş vermədiyini, texniki xəta səbəbindən bu hadisənin yaşandığını ifadə edib.

Hərbi attaşe Rusiyanın bu hadisə səbəbindən dərin peşmanlıq keçirdiyini ifadə edib. Bildirib ki, məsələyə dair dərhal araşdırma aparılacaq və lazımi addımlar atılacaq.

Qeyd edək ki, dünən Cənubi Koreyanın Müdafiə Nazirliyi səhər saatlarında hava sahəsini pozduğu səbəbindən Rusiyaya məxsus 3 təyyarəyə xəbərdarlıq atəşi açıldığını elan etmişdi.

Rusiya Müdafiə Nazirliyi isə buna cavab olaraq bildirmişdi ki, hava sahəsinin pozulması haqda Seulun iddiaları əsassızdır.


Müəllif: Cavad

Oxşar xəbərlər