24 İyul 2019 22:45
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı aktyor Selvester Stallone milyon dollar dəyərində olan “Roki” filmləri üzərində müəlliflik hüququnun olmadığından şikayətlənib.

Teleqraf.com xəbər verir ki, 73 yaşlı Stallone seriya film layihəsinin müəllifinin özü olduğunu bildirib.

“Hər kəlməsi, hər hərfi və hər xətası mənimdir. Məni şoka salan isə budur, mənə deyirlər ki, “Pulunu aldın, nədən şikayət edirsən?”. Çox əsəbləşdim”, - aktyor deyib.

Silvester Stallone eyni zamanda, yeni bir “Roki” filminin çəkiləcəyi müjdəsini də verib. Məşhur aktyorun özünün yazıb rejissoru olacağı film üçün “Roki” seriyasını ərsəyə gətirən “MGM”, “Stallone” və “Irwin Winkler” şirkətləri ilə anlaşdığını bildirib.

Film ABŞ-a bacısını görməyə gəldikdən sonra ölkədən çıxışına qadağa qoyulan bir əsəbi gənclə Roki Balboanın tanış olmasından bəhs edir.

1976-cı ildə çəkilən ilk film 1 milyon dollar başa gəlsə də, dünya ölkələrindəki yayımından 225 milyon dollar qazanc əldə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər