30 İyul 2019 15:07
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın eks-prezidenti Petro Poroşenko bəyan edib ki, ona qarşı heç bir cinayət işi qaldırılmayıb.

Teleqraf.com xəbər verir ki, eks-prezident bu gün “Ukrayna həqiqətləri” qəzetində yayımlanan müsahibəsində deyib:

“Mən qeyd edirəm ki, Petro Poroşenkoya qarşı heç bir cinayət işinin açılmayıb. Petro Poroşenkonun guya qanunu pozduğuna dair bir fakt da yoxdur”.

Qeyd edək ki, bundan öncə Ukrayna Dövlət Təhqiqat Bürosunun direktoru Roman Trub büroda P.Poroşenko və digər yüksək vəzifəli şəxslərə qarşı 11 cinayət işinin araşdırıldığını bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər