Danimarka hökuməti BMT kvotasından qaçqın qəbul etmək məqsədilə təşkilatın miqrant və qaçqınlar komissarlığına müraciət edib.
Teleqraf.com xəbər verir ki, Danimarkada sol dəstəkli Sosial Demokrat Partiyasının azlıq hökuməti BMT kvotası üzrə miqrant qəbul etməyə hazır olduğunu elan edib.
Hökumətin köçkünlər və uyğunlaşma naziri Mattias Tesfaye bildirib ki, Danimarka hər il 500 qaçqın qəbul edəcək.
Xatırladaq ki, iyulun 5-də keçirilən seçkilərdə Sosial Demokrat Partiyası qələbə qazanaraq hökumət qurub. Hökuməti sağ partiyalardan alan sosial demokratlar əvvəlki hökumətin qaçqınların bir adada toplanmasını dair çıxardığı qərarı ləğv edib, miqrantlara yönəlik sərt qərarları yumşaltamağa başlayıb.