Əfqanıstanda 34 nəfərin ölümünə səbəb olan partlayış olub.
Teleqraf.com-un məlumatına görə, hadisə Əfqanıstanın qərbindəki Herat vilayətində baş verib.
Yolun kənarına döşənən bombanın partlaması nəticəsində azı 34 nəfər həyatını itirib.
İlkin xəbərlərə görə, ölənlərin içərisində azyaşlı uşaqlar və qadınlarda var.