Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətə Rusiya ilə əlaqələri möhkəmləndirməyi tapşırıb.
Teleqraf.com xəbər verir ki, Lukaşenko Nazirlər Şurası ilə keçirdiyi görüşdə Belarus-Rusiya əlaqələrinin gücləndirilməsi üçün müəyyən tapşırıqlar verib.
Belarusun baş naziri Sergey Rumas yaxın vaxtlarda Lukaşenkonun Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib:
“İki dövlət arasında əlaqələrin güclənməsi üçün müəyyən islahatlar planı düşünmək lazımdı. Bundan sonra həmin planları görüşdə prezidentlərə təqdim etmək olar”.