2 Avqust 2019 20:23
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “Sergey Skripal işi” üzrə Rusiya Federasiyasına qarşı sanksiyaların ikinci paketini tətbiq edəcək. Çünki Moskva ABŞ qanunları çərçivəsində tələb olunan təminatları verməyib.

Teleqraf.com xəbər verir ki, bunu RİA-Novosti-yə açıqlamasında ABŞ administrasiyasının yüksək çinli nümayəndəsi deyib:

“Rusiyanın Böyük Britaniyada mülki şəxsə sui-qəsd zamanı “Noviçka” adlanan kimyəvi maddədən istifadə etməsinə görə tətbiq olunmuş birinci sanksiyalar paketindən sonra Rusiya ABŞ qanunları çərçivəsində tələb olunan təminatları verməyib. Buna görə də biz ikinci sanksiya paketini təqdim edirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər