Bəşər Əsəd rejimi, İran tərəfindən dəstəklənən silahlı qruplar və Rusiya 2018-ci ilin 17 sentyabrında İdlib razılaşmasının əldə edilməsindən sonra həyata keçirdikləri hücumlar nəticəsində 750 min suriyalı qaçqın vəziyyətinə salınıb.
Teleqraf.com xəbər verir ki, 750 min qaçqının böyük hissəsi Türkiyənin Hatay vilayəti ilə sərhəd olan Suriya torpaqlarında qurulan qaçqın düşərgələrində cəmləşib.
Həmçinin qaçqınlar Türkiyənin Fırat qalxanı və Zeytun budağı əməliyyatı nəticəsində təhlükəsiz bölgə halına gətirdiyi torpaqlara sığınıblar.
Yerli qeyri-hökumət təşkilatlarından Məhəmməd Hallac deyib ki, İdlib anlaşmasında bu yana yerindən edilən mülki əhalinin sayı 750 minə çatıb.